Akvitan dili

Akvitan dili
Ölkələr
Təsnifatı
vaskon dilləri
akvitan dili
Yazı latın əlifbası
Dil kodları
ISO 639-1
ISO 639-2
ISO 639-3 xaq
IETF xaq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Akvitan diliakvitanların dili. Bu, Roma işğallarından əvvəl qədim Akvitaniyada, qərb Pireneyin hər iki tərəfində (təxminən Pireney və Qaronna arasında, sonradan Qaskon kimi tanınan bölgədə) və Basklar torpaqlarının vadilərində danışılırdı. Ehtimal olunur ki, Pireney dağlarının şimalında erkən orta əsrlərə qədər yaşamışdır.

Arxeoloji, toponimik və tarixi sübutlar göstərir ki, bu, bask dilinin əcdadı olan bir dil və ya dillər qrupudur.[1][2] Ən mühüm dəlillər e.ə. I–III əsrlərə aid, 400-ə yaxın şəxsi ad və 70 tanrı adından ibarət olan, latın dilində yazılmış bir sıra nəzir və dəfn mətnləridir.[3]

  1. Trask, R.L. The History of Basque. Routledge. 1997. ISBN 0-415-13116-2.
  2. Lakarra, Joseba A. Basque and the Reconstruction of Isolated Languages // Campbell, Lyle (redaktor). Language Isolates. London: Routledge. 2017.
  3. Datter, Lars. "Basque Onomastics of the Eighth to Sixteenth Centuries - Appendix 4: Names Identified from Roman-Era Aquitanian Stones". larsdatter.com. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-06.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search